Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarpızın yetişdirilməsində ən böyük çətinlik xərclərin çox olmasıdır'' VİDEO

''Qarpızın yetişdirilməsində ən böyük çətinlik xərclərin çox olmasıdır'' VİDEO

Tarix: 30 Iyun 2023 13:32

Məşhur Sabirabad qarpızının yığımına başlanılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sahələrdə ilk kütləvi yığım həyata keçirilir.

Sabirabadlı fermerlər bu məhsulu əldə etmək üçün 5 aydan artıqdır əmək sərf ediblər.

"Nəticə ürəkaçandır".

Yəni bostanlarda məhsul boldur. Yığımın ilk günləri olduğundan təlabat yaxşıdır. Bu günlərdə həmdə qiymət sərfəlidir.

"Qarpızın 1 kq-ı topdan 55-60 qəpikdən satılır."

"Sahələrdə heç yerli toxumlar əkilmir."

Xarici toxumların məhsulu isə həm tez yetişir, həmdə orta ölçülü olduğu üçün bazarın təlabatına uyğundur. Sairabad rayonun Əsgərbəyli kənd sakini Zaur Əliyev də ilk qarpız dərənlərdəndir. O bu il 25 hektarda məhsul yetişdirib. Deyir ki, qarpızın yetişdirilməsində ən böyük çətinlik xərclərin çox olmasıdır. Xüsusən də toxum xərcinin.

Ümumiyyətlə isə Sabirabad qarpızının yığımının ilk günələri olduğundan indiki halda istehsal olunan məhsulun çoxu ixrac olunur. Əsasən də, Rusiyaya göndərilir. Qarpız ixracının iki ay davam edəcəyi gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Qarpızın yetişdirilməsində böyük çətinlik xərclərin çox olmasıdır VİDEO


RƏYLƏR