Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın Arazdəyəndə tikmək istədiyi zavodun yaradacağı fəsadlar AÇIQLANDI... - VİDEO

Ermənistanın Arazdəyəndə tikmək istədiyi zavodun yaradacağı fəsadlar AÇIQLANDI... - VİDEO

Tarix: 30 Iyun 2023 14:38

21 ölkədən olan QHT-şəbəkəsi bəyanat yayaraq Ermənistana etirazını bildirib.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, söhbət  Arazdəyəndə tikintisi aparılan Ermənistan və ABŞ-ın birgə layihəsi olan metallurgiya zavodundan gedir.

Ermənistan heç bir narazılığa və etiraza məhl qoymayaraq Azərbaycanla sərhəddə ekalogiya üçün təhlükə törədəcək zavodun tikintisini davam etdirir.

Bəyanatda bildirilir ki, illik istehsal gücü 180 min ton olacaq metallurgiya  zavodu yeni ekoloji fəlakətə səbəb olacaq və buna görə də vətəndaş cəmiyyəti təşkilatları öz narazılıqlarında həmrəydirlər.

Sağlamlığa Xidmət İctimai Birliyin İcraçı direktoru Pərvanə Vəliyeva deyir ki, Ermənistanın Azərbaycanla sərhəddə belə irimiqyaslı metallurgiya zavodunun tikintisinə etraz olaraq dünyanın 21 ölkəsindən 30-dan çox vətəndaş cəmiyyəti təşkilatı olaraq etiraz bəyanat hazırlayıblar.

Pərvanə Vəliyeva deyir ki, metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün narahatlıq yaradır.

Afrika Ətraf Mühit və Sağlamlıq üzrə İnkişaf Şəbəkəsnin rəhbəri Kordeliya Adamu isə hesab edir ki, Ermənistan sərhəddə belə bir təhlükəli zavodu tikməklə təkcə Azərbaycanı yox, bütün bəşəriyyəti təhlükə ilə üz-üzə qoyur. Mən düşünürəm ki, bu zavod sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər.

Bəyanatda həmçinin Amerika Birləşmiş Ştatlarını bu riskləri qəbul etməyə və Arazdəyəndə adı çəkilən metallurgiya zavodunun tikintisinə dəstəyi dayandırmağa çağırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Ermənistanın Arazdəyəndə tikmək istədiyi zavodun yaradacağı fəsadlar AÇIQLANDI VİDEO


RƏYLƏR