Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransada gərginlik PİK HƏDDƏ - Zirehli transportyor... - VİDEO

Fransada gərginlik PİK HƏDDƏ - Zirehli transportyor...  - VİDEO

Tarix: 2 Iyul 2023 08:38

Fransa hakimiyyəti şəhərdəki iğtişaşları yatırmaq üçün iki zirehli transportyorunu Marselə göndərib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

KİV-in məlumatına görə, hüquq-mühafizə orqanlarının hərəkətlərini əlaqələndirmək üçün Marselə helikopter də göndərilir. Polis şəhərdə 95 nəfərin saxlanıldığını bildirib.

Bundan əvvəl Fransa Ədliyyə Nazirliyinin rəhbəri Erik Düpon-Moretti ölkədə baş verən iğtişaşlarda iştirak edən azyaşlıların valideynlərini cinayət məsuliyyəti ilə hədələyib. Nazir xəbərdarlıq edib ki, "uşaqlarına baxmayan, gecələr çöldə qalmasına icazə verən və övladları qanun pozuntularına yol verən valideynlər iki il müddətinə azadlıqdan məhrum edilə və 30 min avro məbləğində cərimələnə bilərlər". O, həmçinin qeyd edib ki, ötən gecə Fransada iğtişaşlara görə saxlanılanların üçdə biri 18 yaşından kiçik yeniyetmələrdir.

Milli.Az


Etiketlər:  Fransada gərginlik PİK HƏDDƏ Zirehli transportyor VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ