Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın Ukraynadakı itkilərinin sayı 230 mini ötüb

Rusiyanın Ukraynadakı itkilərinin sayı  230 mini ötüb

Tarix: 3 Iyul 2023 11:12

Ukraynada müharibə başlayandan indiyədək məhv edilən Rusiya hərbçilərinin sayı 230 mini ötüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutkada Rusiyanın 600 döyüşçüsü zərərsizləşdirilib. Bununla da məhv edilən rusiyalı hərbçilərin sayı 230 260-a çatıb.

Ötən sutkada Rusiya İran istehsalı olan 17 "Shahed" pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynaya hücum edib. Ukrayna ordusu onlardan 13-nü vurub.

Ümumilikdə Rusiyanın digər döyüş itkiləri 4 057 tank, 7 899 zirehli maşın, 3 573 operativ-taktiki PUA, 4 220 artilleriya sistemi, 391 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 308 helikopter, 6 834 avtomobil və tanker, 590 xüsusi texnikadan ibarətdir.

Milli.Az


Etiketlər:  Rusiyanın Ukraynadakı itkilərinin sayı 230 mini ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ