Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PA rəsmisi: Təsadüfi insanlardan ibarət olan AXCP-Müsavat rəhbərliyi ölkənin ağır durumunu bir qədər də mürəkkəbləşdirmişdi

PA rəsmisi: Təsadüfi insanlardan ibarət olan AXCP-Müsavat rəhbərliyi ölkənin ağır durumunu bir qədər də mürəkkəbləşdirmişdi

Tarix: 4 May 2019 10:54

Bakı. İlhamə İsabalıayeva – Trend:

1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan olduqca ağır bir vəziyyətlə üzləşmişdi. Bu, hər bir yeni dövlətin üzləşdiyi adi siyasi, sosial, iqtisadi problemlərlə dolu vəziyyət deyildi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Fuad Ələsgərov rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan qonşu Ermənistanın təcavüzünə məruz qalmışdı, torpaqları işğal olunmuşdu. Ölkə müharibə vəziyyətində olsa da, nizami ordu mövcud deyildi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da, bu, sadəcə olaraq kağız üzərində qalmışdı. Digər tərəfdən, ölkədə vətəndaş müharibəsi təhlükəsi, milli zəmində separatçılıq meyilləri mövcud idi. Cinayətkarlıq dövlətin əsasları üçün təhlükə yarada biləcək səviyyəyə çatmışdı:

"Nəhayət, ölkədə çox səriştəsiz bir rəhbərlik var idi. Heç bir idarəçilik təcrübəsi olmayan, öz siyasətini yalnız populizm üzərində quran, təsadüfi insanlardan ibarət olan AXCP-Müsavat rəhbərliyi ölkənin onsuz da ağır durumunu bir qədər də mürəkkəbləşdirirdi. Belə bir vəziyyətdə yalnız müstəsna bir hadisə Azərbaycan dövlətini məhv olmaqdan xilas edə bilərdi. Xoşbəxtlikdən, belə bir hadisə baş verdi. 1993-cü ildə Azərbaycan xalqı çox müdrik qərar qəbul edərək, mövcud durumda ölkəni xilas edə biləcək yeganə şəxsiyyəti, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə gətirdi. Ulu öndər Heydər Əliyevin fəaliyyəti o qədər şaxəli, onun Azərbaycan xalqı və dövlətinin həyatında rolu o qədər böyükdür ki, bunların miqyasını tam şəkildə yalnız gələcək nəsillər qiymətləndirə bilər. Biz xalq olaraq azərbaycançılıq ideologiyasının formalaşdırılmasına görə də dahi Heydər Əliyevə borcluyuq. Ümumiyyətlə, ümummilli lider 1970-ci illərin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində çox mühüm işlər görmüşdür”.

PA rəsmisi qeyd edib ki, əgər ulu öndərin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı: "Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək, ümumxalq birliyinin dərin siyasi və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək, onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Ümummilli liderin fəlsəfi baxışlarına görə azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyinin uğurlu təməli idi”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  rəsmisi Təsadüfi insanlardan ibarət olan AXCP Müsavat rəhbərliyi ölkənin ağır durumunu qədər mürəkkəbləşdirmişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ