Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağ" Avstriya toplanışını qələbə ilə başa vurub

Qarabağ

Tarix: 4 Iyul 2023 22:16

Avstriyada təlim-məşq toplanışını başa vuran "Qarabağ" sonuncu yoxlama oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, "köhlən atlar" Bolqarıstan təmsilçisi MOİK-lə üz-üzə gəlib.

"Vörgl" stadionunda oynanılan qarşılaşma Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 42-ci dəqiqədə Redon Cica vurub.

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk görüşündə Macarıstan "Ferentsvaroş"u ilə heç-heçə edib - 3:3. Son ölkə çempionu ikinci matçında isə Polşa "Legiya"sına uduzub - 0:2.

Milli.Az


Etiketlər:  Qarabağ Avstriya toplanışını qələbə ilə başa vurub


RƏYLƏR