Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Buzovna çimərliyində antisanitar vəziyyət hökm sürür - VİDEO

Buzovna çimərliyində antisanitar vəziyyət hökm sürür - VİDEO

Tarix: 5 Iyul 2023 19:02

Paytaxt sakinlərinin ən çox üz tutduğu çimərliklərdən birində antisanitar vəziyyət hökm sürür.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, söhbət Buzovna çimərliyindən gedir.

Ərazi uzun müddətdir ki, çirkabın axıdıldığı məkana çevrilib. Nəticədə ətrafı üfunət bürüyüb.

Çimərliyə üz tutan sakinlər iddia edirlər ki, mövcud vəziyyət illərdir davam edir.

Məsələ ilə ''Azərsu" ASC-dən bildirildi ki, həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu mövcud deyil. Gələcəkdə tullantı sularının Xəzər dənizinə axıdılmasının qarşısını almaq üçün sahil boyunca yeni tullantı təmizləyici boruların tikintisi, eləcə də kanalizasiya sisteminin qurulması nəzərdə tutulub.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, əraziyə baxış keçiriləcək və araşdırma aparılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Buzovna çimərliyində antisanitar vəziyyət hökm sürür VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ