Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2023 19:35
Azərbaycanlı reper Asya Əlizadə kliplərində narkotik vasitələrin təbliğatında şübhəli bilinərək mayda Türkiyədə saxlanılıb və daha sonra sərbəst buraxılmışdı.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı ilə bağlı İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən kliplərində narkotik istifadəsini təşviq etmə iddiası ilə istindaq başladılıb. Bunun çərçivəsində İstanbul Polis İadrəsi Narkotiklə mübarizə şöbəsi Əlizadənin kliplərini analiz etməyə başlayıb.
Asyanın kliplərindən birində "narkotik kimi" ifadəsini işlətdiyi ortaya çıxıb. Polislər saxlanılma qərarı verilən Asyanı Ataşehir səmtindəki evindən nəzarətə alıblar. Əlizadə ifadə verdikdən sonra sərbəst buraxılıb. Daha sonra Asya xarici vətəndaş olduğu üçün ölkəsinə göndərilmək qərarı ilə göndəri mərkəzinə təslim edilib.
Amma ifaçı lazımlı imzaları atmaq üçün polis idarəsinə getməyib. Bu səhər isə polislər onu yenidən Ataşehirdəki evində nəzarətə alıblar. Onun polis idarəsindəki sənəd işləri tamamlandıqdan sonra ölkəsinə göndərilməsi üçün miqrasiya idarəsinə təhvil veriləcəyi bildirilib.