Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cavan Zeynallı: “Qohumlardan uzaq durmaq lazımdır” - VİDEO

Cavan Zeynallı: “Qohumlardan uzaq durmaq lazımdır” - VİDEO

Tarix: 5 Iyul 2023 20:00

"Zəmanə elədir ki, qohumlardan bir az uzaq olmaq lazımdır. Haradan bilirsən sabah nə olacaq? Zəmanə indi fərqlidir. Mənə deyirlər ki, qohumlardan ehtiyyatlı ol. Çünki baxırlar, əməlli-başlı üçotaqlı ev, iki eyvan". 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.  

Məşhur "cazmen" bildirib ki, avtomobilini satdığı üçün hazırda metrodan istifadə edir:

"Maşınımı satmışam. Röyanın (C. Zeynallının mərhum həyat yoldaşı - red.) "Nissan" markalı avtomobili var idi. Qanunları bilmirəm, sən demə vəfatından il yarım keçəndən sonra həyat yoldaşının adına keçir. Asan xidmətdən zəng etdilər ki, gəlin avtomobili sizin adınıza sənədləşdirək. Deyirəm ki, hansı maşın, satmışam. İndi metro ilə gedirəm, rahatam, orada tıxac olmur. Bəzən deyirlər Cavan, məşhur adamsan, səni bütün xalq sevir, amma metro ilə gedirsən. Cavab verirəm ki, nə olsun?" .

C.Zeynallı vəsiyyətini kimə edəcəyi ilə bağlı suala belə cavab verib: 

"Hələ yox. Gərək vaxt keçsin. Yaxın qohumum yoxdur. Zaman özü göstərəcək".  

Qeyd edək ki, Xalq artisti Cavan Zeynallının həyat yoldaşı Röya xanım ötən ilin dekabr ayında iflicdən dünyasını dəyişib. 

Milli.Az


Etiketlər:  Cavan Zeynallı Qohumlardan uzaq durmaq lazımdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ