Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2023 23:51
Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsi cəmiyyətdə müxtəlif fikirlərə səbəb olub. Belə ki, bir çoxları Elza Seyidcahanın üzv seçilməsini dəstəkləmir.
Sonxeber.net Metbuat.az-a istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair Mürvət Qədimoğlu bu qərardan sonra AYB-dən ayrılmaq qərarı aldığını bildirib. Bu məqsədlə o, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə ərizə yazıb:
"Yazıb sizdən xahiş edirəm ki, Elza Seyidcahanın üzv olduğu Yazarlar Birliyində qalmağı özümə, Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna təhqir hesab etdiyimdən, məni AYB-nin üzvlüyündən azad edəsiniz".
Bundan sonra isə o, Birliyin sədri Anar Rzayeva və AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevə müraciət edərək Elza Seyidcahanın üzvlüyə qəbul olunması ilə bağlı zəmanət verən 3 nəfərin adının kimliyini açıqlanılmasını istəyib.