Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2023 13:46
İbtidai sinif müəllimlərinin sertifikasiyasinin nəticələri açıqlanıb. Belə ki, 223 müəllim sertifikasiyada 0-9 bal toplayib.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, üç rayonun ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanında uğursuz nəticə göstərib. Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz olub.
Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşerov və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir, yəni onlarda orta bal 40+dur.
Nazir qeyd edib ki, sertifikasiya imtahanında 51-dən çox bal toplayan müəllimlərə yeni vəzifə verilə bilər, keçmiş müəllim metodist kimi çalışa bilər. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfədən çox artıb deyən Emin Əmrullayev qeyd edib ki, bu il 56 min insan müəllim olmaq istəyir.
"Nazir sertifikatlaşdırma prosesinin müəllimlərin həyatını yaxşılaşdırılmasına hesablandığını deyir."
Bildirib ki, prosesin birinci hissəsi 2027-ci ildə yekunlaşdıqdan sonra ikinci hissəsi barədə işlər görüləcək.
Elm və Təhsil naziri bəzi riyaziyyat müəllimlərini çubuqlu bölməni edə bilmədiyinə görə qınayıb:
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.