Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq''

''Bu, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq''

Tarix: 7 Iyul 2023 16:12

Azərbaycanda olmaqdan və dostum Prezident İlham Əliyevlə bir daha görüşməkdən böyük məmnunluq duyuram. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd olunur. Əlaqələrimiz bu gün həmişəkindən daha yaxşı səviyyədədir. Bu əlaqələri daha da gücləndirməyə verdiyi zəruri töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

Ötən il Azərbaycan Prezidentinin Albaniyaya ilk dəfə səfər etdiyini xatırladan Bayram Beqay deyib: "Məmnunam ki, səfər öz təsirini dərhal göstərdi. Çox çəkmədən Azərbaycan parlamenti Tiranada səfirlik açmaq barədə qərar qəbul etdi. Albaniya da 2023-cü ildə Bakıda səfirliyin açılması ilə bağlı analoji qərar qəbul etdi. Bu qərarlar ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq, artıq mükəmməl olan əlaqələri, yüksək səviyyəli siyasi dialoqu daha da gücləndirəcək, eləcə də iqtisadi əməkdaşlığı və digər məsələləri təşviq edəcək".

Milli.Az


Etiketlər:  ölkələrimizi birinə daha yaxınlaşdıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ