Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda FACİƏ: evin içində yanaraq öldü

Bakıda FACİƏ: evin içində yanaraq öldü

Tarix: 9 Iyul 2023 09:20

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 48 m² sahədə yanıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Fövqəladə hallar nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır", - deyə qeyd olunub.


Etiketlər:  Bakıda FACİƏ evin içində yanaraq öldü


RƏYLƏR