Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boşanmaq istəyən arvadını gecə güddü, yataq otağına girdi: ''Kimlərlə...'' - Ağdaşda ŞOK OLAY

Boşanmaq istəyən arvadını gecə güddü, yataq otağına girdi: ''Kimlərlə...'' - Ağdaşda ŞOK OLAY

Tarix: 10 Iyul 2023 00:32

Ağdaş rayonunda 1992-ci il təvəllüdlü Ərəstun şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Şəlaləyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki, Ərəstun Ağdaş şəhəri H.Əliyev prospektində fərdi evdə kirayə yaşayan Şəlalənin evə gəlib. O, səhərə yaxın saat 05.30-da birinci mərtəbədəki açıq pəncərədən içəri girib.

Daha sonra Şəlalənin yataq otağına daxil olaraq taxtın yanına gəlib və onu oyandırıb. Mübahisə zamanı bıçaqla qadına bir neçə zərbə vurub.

İstintaq orqanı tərəfindən Ərəstunun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qsimində ifadə verən Ərəstun ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, bibisi qızı Şəlalə ilə ailə həyatı qurub və birgə nikahlarından 2 uşaqları olub: "2021-ci ilin ortalarından etibarən aramızda soyuqluq yarandı, həmin il Rusiyaya işləməyə getdim. 2022-ci ilin iyul ayının sonu, avqust ayının əvvəllərində Ağdaş rayonuna qayıtdım.

Şəlalə təxminən 2022-ci ilin iyul ayında boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Amma məhkəmə araşdırması başa çatmamışdı. Boşanma ərəfəsində olduğumuza görə Şəlalə anası və 2 azyaşlı övladları ilə birlikdə Ağdaş şəhərində fərdi evdə kirayədə yaşadı. Onun barəsində yaxşı söz-söhbətlər eşitmədiyim üçün telefonuna baxmaq istədim".

Təqsirləndirilən şəxs deyib ki, saat 23 radələrində Şəlalənin yaşadığı ünvana gəlib, hasardan atılıb həyətdə yerləşən birmərtəbəli evə gəlib: "Evdə iki azyaşlı övladımdan başqa heç kim yox idi. Övladlarımın evdə təkbaşına görəndə daha da əsəbləşdim. Eyvana pilləkənlərlə qalxaraq qarşı tərəfdəki mətbəx əşyalarının olduğu yerə gəldim. Şkafdan mətbəx bıçağı götürdükdən sonra həyətə qayıtdım. Ağacların yanında gözlədim.

Bir qədər sonra Şəlalə evə gəldi. Həyətdə gizlənib Şəlalənin hərəkətlərini müşahidə etməyə başladım. Şəlalə evə gəldikdən sonra telefonla danışdı, evdən getdi. Bir qədər sonra anası ilə birlikdə qayıtdılar".

Ətraflı

Təqsirləndirilən şəxs qeyd edib ki, saat 05.30-da birmərtəbəli evin eyvanında həyət tərəfdən olan pəncərənin açıq olduğunu görüb: "Pəncərənin yanına qoyduğum yeşiyin üzərinə çıxaraq içəri girdim. Eyvanla Şəlalənin yatdığı otağa gəldim. Bıçağı taxtın aşağı hissəsinə qoyduqdan sonra telefonu axtarsam da tapmadım.

Şəlalənin özündən soruşmaq istədim, qışqırmasın deyə əvvəlcə ağzını tutdum. Oyananda sakit dayanmağı bildirdim. Əlimi çəkdikdən sonra Şəlalə hansı səbəbdən gəldiyimi soruşdu. Barəsində xoşagəlməz söz-söhbətlər eşitdiyimi və buna görə də telefonuna baxacağımı, kimlərlə münasibəti olduğunu öyrənmək istədiyimi dedim.

Şəlalə əsəbi halda məni söyərək təhqir etməyə başladı. Taxtın üzərinə qoyduğum bıçağı sağ əlimə götürdüm. Bir dəfə sol kürək nahiyəsindən, bir dəfə sağ qabırğa nahiyəsindən, iki dəfə də sağ qolundan vurdum. Şəlalə təhqirə davam etdi.

Yataq otağının qapısından çıxdım və evdən uzaqlaşdım. Bir qədər getdikdən sonra bıçağı yol kənarında olan çirkab suların axdığı kanalizasiyaya tulladım. Axşama qədər küçədə gəzdikdən sonra axşam yaşadığım evə qayıtdım".

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ərəstun 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Boşanmaq istəyən arvadını gecə güddü yataq otağına girdi Kimlərlə Ağdaşda ŞOK OLAY


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ