Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabirabadda xəstəxana direktorunun müavini ŞANTAJ EDİLDİ - Rüsvayedici məlumatları... - VİDEO

Sabirabadda xəstəxana direktorunun müavini ŞANTAJ EDİLDİ - Rüsvayedici məlumatları... - VİDEO

Tarix: 10 Iyul 2023 21:48

Sabirabadda mərkəzi xəstəxananın direktor müavinini santaj ediblər.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək ondan 15000 manat pul tələb edən iki nəfər - rayon sakinləri Azər Həsənov və Zamin Əmirov saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər həmyerlilərinin barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək əvvəlcə ondan 30 min manat pul tələb ediblər. Daha sonra 15 000 manat müqabilində razılığa gələrək, iyun-iyul aylarında zərərçəkəndən 6100 manat pul alıblar.

Daha sonra Azər bu puldan Zaminə ümumilikdə 650 manat verib.

Polis əməkdaşları bu şəxslərin digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Milli.Az


Etiketlər:  Sabirabadda xəstəxana direktorunun müavini ŞANTAJ EDİLDİ Rüsvayedici məlumatları VİDEO


RƏYLƏR