Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2023 23:24
Türkiyənin Kahramanmaraş bölgəsində yaşayan Enes Cenneter 20 yaşı olmasına baxmayaraq, 40 yaşlı kişiyə bənzəyir.
Sonxeber.net haberler-e istinadla bildirir ki, 20 yaşlı gənc pachydermoperiostosis adlı xəstəlikdən əziyyət çəkir və müalicə yolları axtarışındadır. Enes bu xəstəliyə 15 yaşında olarkən yoluxub. Həkimlərin sözlərinə görə xəstəliyin səbəbi qohum evliliyidir.
Xəstəliyin başlıca özəlliyi əl və ayaqlarda şişkinlik, üzdə kəskin qırışların yaranmasıdır. "Xəstəliyimə görə çox əziyyət çəkirəm, çox gəzə bilmirəm. Dondurma dükanında işləyirəm, ayaq üstə qalanda çox yorulub, əldən düşürəm. Məni görənlər çox təccüblənirlər, görünüşümlə bağlı çox sual verirlər, əfqan olub olmadığımı soruşurlar. Bütün bunlar mənə çox pis təsir edir, tez bir zamanda sağalmaq istəyirəm. Deyilənə görə bu xəstəliyin ömrü 10 ildir. 25 yaşıma qədər davam edəcəyini deyirlər."
Ülkər