Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klaarın “Xankəndi” yazması İrəvan üçün siqnaldır

Klaarın “Xankəndi” yazması İrəvan üçün siqnaldır

Tarix: 11 Iyul 2023 14:10

AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın "Bakı-Stepanakert/Xankəndi" ifadəsini işlətməsi Ermənistanda ciddi müzakirəyə səbəb olub.

Sonxeber.net Axar.az-a istinadən bildirir ki, erməni mediası və ekspertlər bunu Qərbin məsələyə baxışı kimi qiymətləndiriblər.

Onların fikrincə, artıq şəhərin adının "Xankəndi" olaraq deyilib-yazılması İrəvana bir siqnaldır ki, bu da "Stepanakert"in "Xankəndi"ləşməsi - yəni Azərbaycana inteqrasiya olunmasının sürətlənməsi arzusundan doğur.

"Xankəndi müharibədəki məğlubiyyətdən sonra və xüsusilə Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi elan etdikdən sonra Azərbaycan tərəfindən sürəkli şəkildə istifadə olunmağa və beynəlmiləlləşdirilməyə başlandı. Bu gün azərbaycanlılar artıq İrəvanın Azərbaycan olmasından danışır", - Hasmik Babacanyan qeyd edib.

O bildirib ki, bu, həm də Azərbaycanın ərazi bütövlüyünü tanıyan Nikol Paşinyana beynəlxalq dəstəyin təzahürüdür.


Etiketlər:  Klaarın Xankəndi yazması İrəvan üçün siqnaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ