Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2023 10:26
Azərbaycan Mərkəzi Bankı (AMB) 8 fiziki şəxsə verdiyi sığorta brokeri, 155 fiziki və 21 hüquqi şəxsə isə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bu qərar iyulun 6-da "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi rüblük hesabatın vaxtında təqdim edilməməsinə görə dayandırılıb.
"Sığorta fəaliyyəti haqqında" qanuna görə sığorta vasitəçiləri rüb başa çatdıqdan sonra 20 gün müddətində AMB-yə onun müəyyən etdiyi formada hesabat təqdim etməlidirlər. Lisenziyasının qüvvəsi dayandırılmış vasitəçilər bu ilin I rübü üzrə hesabatı quruma təqdim etməyib. Qanuna əsasdən, bu halda sığorta vasitəçisinin lisenziyasının qüvvəsi 6 aya qədər müddətə dayandırıla bilər. Həmin sığorta vasitəçilərinin hər birinə barələrində inzibati icraatın başlanılması ilə bağlı bildirişlər göndərilib, həmin şəxslər AMB-yə görüşə dəvət edilib. Görüş iştirakçılarına lazımi tədbirlərin görüləcəyi barədə məlumat verilib. Onlar 3 ay ərzində lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırsa, lisenziyanın qüvvəsi bərpa ediləcək.