Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna ordusu ötən sutka İranın 11 “Shahed” PUA-sını vurub

Ukrayna ordusu ötən sutka İranın 11 “Shahed” PUA-sını vurub

Tarix: 12 Iyul 2023 16:50

Ukrayna ordusu ötən sutka ölkənin cənub hissəsində Rusiyanın İran istehsalı olan 11 "Shahed" pilotsuz uçan aparatını (PUA) məhv edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya ordusu ötən gün 15 PUA ilə Ukrayna ərazisinə hücum edib.

Məlumata görə, Ukrayna müdafiəçiləri Rusiyanın cəbhə xətti mövqelərinə havadan 30 zərbə endirib.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib ki, Ukrayna qoşunları əks-hücum əməliyyatını Donetskin Baxmut şəhərinin şimal və cənub istiqamətində davam etdirir, onlar şəhər ətrafındakı bütün yüksəklikləri nəzarətə götürüb.

Milli.Az


Etiketlər:  Ukrayna ordusu ötən sutka İranın 11 Shahed PUA sını vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ