Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çin dünyanın ilk metanla işləyən raketini kosmosa buraxdı

Çin dünyanın ilk metanla işləyən raketini kosmosa buraxdı

Tarix: 12 Iyul 2023 20:16

Çinin "LandSpace" şirkəti tərəfindən hazırlanmış dünyanın ilk metan və maye oksigenlə işləyən "Zhuque-2" raketi uğurla kosmosa göndərilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda özəl aerokosmik şirkəti "LandSpace" açıqlama verib.

Qobi səhrasındakı Jiuquan peyk buraxılış mərkəzindən buraxılan "Zhuque-2" yükünü Günəşlə sinxron orbitə uğurla çıxaran ilk metanla işləyən raket oldu.

Yanacaq kimi maye metan, oksidləşdirici kimi maye oksigeni istifadə edən raket aşağı orbit üçün 6 ton, günəşlə sinxron orbit üçün isə 4 ton daşıma qabiliyyətinə malikdir.

Milli.Az


Etiketlər:  Çin dünyanın ilk metanla işləyən raketini kosmosa buraxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ