Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rauf Məmmədov millimizə qələbə qazandırdı - Avropa çempionatı

Rauf Məmmədov millimizə qələbə qazandırdı - Avropa çempionatı

Tarix: 25 Oktyabr 2019 19:12

Bu gün Gürcüstanın Batumi şəhərində kişilər və qadınlar arasında komandalarası Avropa çempionatında ikinci turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, kişilərdən ibarət millimiz bu turda Fransa ilə qarılaşıb 2.5:1.5 hesabı ilə qalib gəlib.

Azərbaycan - Fransa - 2.5:1.5

Şəhriyar Məmmədyarov – Maksim Laqarde - 0.5:0.5
Arkadi Naydiç – Eduard Romeyn - 0.5:0.5
Rauf Məmmədov – Mark Maurizi - 1:0
Qədir Huseynov – Tirqan Qaramyan - 0.5:0.5

Qeyd edək ki, 2 turdan sonra Azərbaycan 1-ci, Çexiya 2-ci, Rusiya isə 3-cüdür.

Xatırladaq ki, şahmatçılarımız ilk turda Serbiyaya 3.5:0.5 hesabı ilə qalib gəlib.

 


Etiketlər:  Rauf Məmmədov millimizə qələbə qazandırdı Avropa çempionatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ