Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tavriya istiqamətində rusların iki bölüyü məhv edildi

Tavriya istiqamətində rusların iki bölüyü məhv edildi

Tarix: 14 Iyul 2023 07:48

Tavriya istiqamətində Ukrayna qoşunları rusların, demək olar ki, iki bölüyünü məhv edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Tavriya" qoşunlarının əməliyyat-strateji qrupunun komandanı briqada generalı Aleksandr Tarnavski məlumat verib.

"Ötən sutka ərzində düşmən mövqelərimizə 25 dəfə hücum edib, 615 dəfə atəşə tutub", - Tarnavski bildirib.

Eyni zamanda, Ukrayna artilleriya bölmələri 1337 atəş missiyasını yerinə yetirib. Rusların 22 hərbi texnikası da məhv edilib.

Bundan başqa, düşmənin 3 silah-sursat anbarı və yanacaq-sürtkü materialları olan anbar da məhv edilib.

Milli.Az


Etiketlər:  Tavriya istiqamətində rusların iki bölüyü məhv edildi


RƏYLƏR