Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş icra başçısı torpaqları bu yolla qanunsuz satıb... - İDDİA - VİDEO

Keçmiş icra başçısı torpaqları bu yolla qanunsuz satıb... - İDDİA - VİDEO

Tarix: 14 Iyul 2023 11:26

Gəncə şəhər sakini 26 il istifadəsində olan 30 sot torpaq sahəsinin zorla əlindən alınaraq bir neçə adama ev tikmək üçün satıldığını bildirir.

Sonxeber.net xəbər verir ki, belə bir iddia ilə "Xəzər Xəbər"ə müraciət edilib.

Sabir Quliyev deyir ki, 1988-ci ildən Gəncə şəhər İcariyyə Komitəsinin qərarı ilə 30 sot ərazidə yaradılan "Stroitel" kooperativinin sədri olub.

1993-cü idlə isə kooperativi "Sabit" müstəqil kooperativi kimi qeydiyyatdan keçirib. 26 il həmin ərazidə bağçılıqla məşğul olub və bir sıra xidmətlər göstərib. Ancaq 2014-cü ildə vəziyyət dəyişib.

Onun iddiasına görə, həmin vaxtlarda bu cür halla üzləşərək zərər çəkən yeganə şəxs o deyil. Ərazidə ev tikənlərə qarşı isə iddiası yoxdur.

Ərazidə torpaq sahəsi alaraq ev tikənlər də bu məsələ ilə bağlı özlərini təqsirli bilmirlər.

"Ərazini rəsmi şəxslərdən ödəniş qarşılığında aldıqlarını deyirlər."

Sabir Quliyev hüququnu bərpa etmək üçün müxtəlif dövlət qurumlarına müraciət etsə də bu günədək heç bir nəticə əldə edə bilməyib.

Onun torpaq sahəsini qanunsuz zəbt edərək satmaqda ittiham etdiyi Gəncə şəhər Nizami RİH-nin keçmiş başçısı Məharət Mustafayev və Gəncə ŞİH Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri Əli Rüstəmov 3 ildir ki, korrupsiya cinayətlərinə görə həbsdədir.

Gəncə şəhər İcra Hakimiyyəti isə əvvəlki illərdə bu cür hallarla üzləşən sakinləri hüquqlarını məhkəmə yolu ilə bərpa etməyə çağırır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Keçmiş icra başçısı torpaqları yolla qanunsuz satıb İDDİA VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ