Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Togg 2032-ci ilə qədər 1 milyon avtomobil istehsal edəcək

Togg 2032-ci ilə qədər 1 milyon avtomobil istehsal edəcək

Tarix: 14 Iyul 2023 13:18

Togg 2032-ci ilə qədər 1 milyon avtomobil istehsal edəcək.

Milli.Az TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır jurnalistlərə açıqlaması zamanı deyib.

"Togg 2032-ci ilə qədər 1 milyon avtomobil istehsal edəcək. İstehsal edilən avtomobillərin 97 faizi bazara çıxarılacaq. 1 571 stansiya qurulacaq və bütün şəhərlərarası yollarda enerji doldurma məntəqələri yaradılacaq. Togg ilin sonuna qədər 20 min avtomobili ilkin satışa çıxaracaq. 4-5 il ərzində isə avtomobil sayımızın 175 minə çatacağını proqnozlaşdırırıq",- deyə nazir qeyd edib.

Mehmet Fatih Kaçır bildirib ki, avtomobillərdə oturacaq tənzimlənməsindən tutmuş smart ekranlara qədər yüzlərlə çip istifadə edilir. Çip üzərində Qətərlə ortaq bir layihə həyata keçirəcəyik.

"Türkiyə çip sənayesində təcrübəlidir. Müdafiə sənayesindəki milli ağıllı sursatların fotodetektor çiplərini TÜBİTAK-da istehsal edirik, yəni SİHA-larda istifadə etdiyimiz ağıllı sursatların çiplərini hazırda TÜBİTAK-da Gebze kampusumuzda istehsal edirik. Bu təcrübə sayəsində indi Türkiyədə Qətərin təklifi ilə yeni bir addım atacağıq və bu dəfə 65 nanometrlik çiplərin istehsalına başlayacağıq",- deyə Türkiyənin Sənaye və Texnologiya naziri əlavə edib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG, 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Milli.Az


Etiketlər:  Togg 2032 ci ilə qədər 1 milyon avtomobil istehsal edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ