Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyms Kemeron "Titan" haqda serial çəkəcək

Ceyms Kemeron

Tarix: 15 Iyul 2023 07:44

"Titanik" filminin dünyaca məşhur rejissoru Ceyms Kemeron Atlantik okeanında batan "Titan" sualtı gəmisi haqda serial çəkməyi planlaşdırır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, rejissor artıq bununla bağlı danışıqlara da başlayıb.

Kemeron layihənin həyata keçirilməsi üçün böyük büdcə alacaq. Filmdə baş rolları aktyorlar Mett Deymon və Kumeyl Nancianinin canlandıracağı bildirilir.

Qeyd edək ki, "Titanik" gəmisini görməyə gedən "Titan" sualtı qayığı qəzaya uğrayıb və ekipajda olan beş nəfər dünyasını dəyişib. Qayıq iyunun 18-də, dalış başlayandan təxminən 1 saat 45 dəqiqə sonra yoxa çıxmışdı. Sualtı qayıqda britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, "OceanGate Expeditions" şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, Pakistanın ən varlı şəxslərindən olan 48 yaşlı Şahzadə Davud və 19 yaşlı oğlu Süleyman olub.

Milli.Az


Etiketlər:  Ceyms Kemeron Titan haqda serial çəkəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ