Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Krım bizim olacaq, məni heç kim dayandırmayacaq” - Ukrayna SQ baş komandanı

“Krım bizim olacaq, məni heç kim dayandırmayacaq” - Ukrayna SQ baş komandanı

Tarix: 15 Iyul 2023 09:28

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı bildirib ki, hətta ölkənin müttəfiqləri buna qarşı çıxsa belə, Krım Kiyevin nəzarəti altında olacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, o, bu barədə "The Washington Post" qəzetinə müsahibəsində bildirib.

"Vasitəm olan kimi nəsə edəcəm. Fərqi yoxdur - heç kim mənə mane olmayacaq", - Zalujnı deyib.

O, Ukraynanın qələbəsi ilə bağlı konsepsiyasını da açıqlayaraq, qeyd edib ki, ölkədə hələ də çox böyük iş var.

"Qələbə o zaman olacaq ki, bizim ordumuz - bəlkə də xeyli ordumuz olsun - bu, indi əlil arabalarında gəzən uşaqların təhlükəsizliyinə zəmanət verəcək ki, onlar belə şeylərin bir daha baş verməyəcəyini bilərək böyüyəcəklər", - baş komandan bildirib.

Ukrayna ordusunun baş komandanı daha əvvəl bildirib ki, silahlı qüvvələrin hərbçiləri 1 ay sonra Krımda olacaq.

Onun sözlərinə görə, qarşı tərəfin keçilməz müdafiə mövqelərinə malik olması cəfəngiyatdır: "Biz artıq o mövqeləri keçmişik. Ukrayna ordusunun piyadaları və zirehli texnikaları irəliləyir".

Qeyd edək ki, Krım 2014-cü ildə qanunsuz şəkildə ilhaq edilib.

Milli.Az


Etiketlər:  Krım bizim olacaq məni heç kim dayandırmayacaq Ukrayna SQ baş komandanı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ