Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2019 01:56
Portuqaliya Premyer Liqasında 8-ci tura start verilib.
Qol.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pasuş de Ferreyra” doğma meydanda "Rio Ave" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
Renat görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Pasuş de Ferreyra” hazırda 5 xalla 18 komanda arasında 17-cidir.