Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin ASELSAN şirkəti 123 milyon dollarlıq satış müqaviləsi imzalayıb

Türkiyənin ASELSAN şirkəti 123 milyon dollarlıq satış müqaviləsi imzalayıb

Tarix: 17 Iyul 2023 16:04

Türkiyənin ASELSAN şirkəti müdafiə sistemlərinin ixracı üçün beynəlxalq şirkətlərlə 123 milyon 500 min dollarlıq satış müqaviləsi imzalayıb.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə özəl olaraq Türkiyənin hərbi saytından məlumat verilib.

Qeyd edək ki, ASELSAN 2021-ci ildə 69,9 milyon, keçən il isə 222,5 milyon dollarlıq ixracat həyata keçirib.

Bundan əlavə, ötən həftə Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) ilə ASELSAN arasında təyyarələrin modernləşdirilməsi ilə bağlı iki fərqli müqavilə imzalanıb. İlk layihənin dəyəri 132 milyon 78 min 69, digərinin isə 1 milyard 65 milyon 303 min 880 ABŞ dolları təşkil edir.

Müqavilələrin hansı layihəyə aid olduğu açıqlanmasa da, layihənin F-16 ÖZGÜR Layihəsi ilə əlaqəli ola biləcəyi təxmin edilir.

F-16 Blok 30 döyüş təyyarələrinın xüsusiyyətləri bunlardır:

•Milli Missiya Kompüter

• Sistem İnterfeys Vahidi

• Üst və ön İdarə Paneli

• Yanacaq Hidravlik Göstəricisi, Mühərrik Göstərici Ekranı

• Fövqəladə Hallar Göstəricisi

• Milli Səs Təhlükəsizliyi Cihazı

• Milli Dost - Düşmən İdentifikasiyası (IFF) Sistemi

• Çox Rejimli Qəbuledici

• İnertial Naviqasiya Sistemi

Milli.Az


Etiketlər:  Türkiyənin ASELSAN şirkəti milyon dollarlıq satış müqaviləsi imzalayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ