Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2023 17:26
Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Fransaya polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 138 milyon dollara bərabər olub.
Sonxeber.net TurkicWorld-a sitinadla xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyun ayında Türkiyə Fransaya polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 11,9 faiz azalaraq 19,8 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz azalaraq, 7,2 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 1,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 42,1 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 16,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.