Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vəndam qəsəbəsində elektrik xətləri təhlükə mənbəyinə çevrilib - VİDEO

Vəndam qəsəbəsində elektrik xətləri təhlükə mənbəyinə çevrilib - VİDEO

Tarix: 17 Iyul 2023 18:16

Qəbələnin Vəndam qəsəbəsində elektrik xətləri yararsız vəziyyətdə olduğundan 200-dən çox ailəni elektirik enerjisi ilə tam təmin edə bilmir.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, sakinlər deyir ki, elektrik avadanlıqlarından da istifadə edə bilmirlər.

Hətta işıq dirəklərinin bəzilərinin sıradan çıxması da  təhlükə mənbəyidir.

Qəbələ Elektrik şəbəkəsinin mühəndisi Gümrah Aydəmirov "Xəzər Xəbər"ə bildirdi ki, qəsəbənin 80 faizi, yəni 2700 dən çox abonentin yaşadığı ərazidə yenidənqurma işləri başa çatıb. Sözügedən ərazi qəsəbənin ən son yaşayış məntəqəsidir ki, hazırda orada iş davam edir. Təkcə son həftədə 40-dan çox dirək basdırılıb.

"Ərazidə gərginliyin normalaşdırılması üçün transformatorun da qoyulması nəzərdə tutulub",- deyə Qəbələ Elektrik şəbəkəsinin mühəndisi vurğulayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Vəndam qəsəbəsində elektrik xətləri təhlükə mənbəyinə çevrilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ