Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2023 18:15
Az miqdarda kolbasa və sosis kimi emal edilmiş ət istehlakı sağlamlığa təsir etməyəcək, lakin normaya riayət etmək vacibdir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə britaniyalı diyetoloq və epidemioloq Keiren Papier danışıb.
O, emal olunmuş ətin müntəzəm istehlakının təhlükəli xəstəliklərin inkişafına səbəb olduğunu deyib. Mütəxəssisin sözlərinə görə, gündəlik məqbul payı 25 qram artırmaq Altsheymer xəstəliyinə tutulma ehtimalını 52 faiz, 50 qram əlavə yemək isə xərçəngə tutulma riskinin 18 faiz artması deməkdir.
Dietoloq bu ərzaqların mənfi təsirini işlənmiş əti yeyəndən sonra bədəndə istehsal olunan kanserogenlərlə əlaqələndirib.
Papier qeyd edib ki, sağlamlığı qorumaq üçün kolbasa və sosislə yanaşı istənilən emal olunmuş ətdən, o cümlədən naqqets və hisə verilmiş ətlərdən imtina etmək lazımdır.
"Onlar yalnız nadir hallarda və kiçik miqdarda istifadə edilə bilər. Məsələn, vaxtaşırı bir dilim pepperoni pizza yeyə bilərsiniz. İstühlak miqdarı gündə 70 qramdan çox olmamalıdır - bu, emal edilmiş ətin təhlükəsiz gündəlik dozasıdır", - deyə mütəxəssis qeyd edib.