Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təbiət bölgələri "incitmək"də davam edir - VİDEO

Təbiət bölgələri

Tarix: 19 Iyul 2023 12:58

Qeyri-sabit hava şəraiti dünən gecə bəzi rayonlarda ciddi fəsadlar törədib.   

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, məktəbin dam örtüyü uçub, evlərə su dolub. İri gövdəli ağaclar kökündən çıxaraq aşıb.

"Təsərrüfatlara ciddi ziyan dəyib".

Ötən gün axşam saat 21:00 radələrindən başlayan təbiət hadisəsi daha çox Balakən rayonun Kortala və Meşəşanbul kəndlərində özünü göstərib. Qasırğa və güclü külək nəticəsində rayonun Kortala kəndində fərdi yaşayış evlərinin, yardımçı tikililərin dam örtüyü uçub. Kənd əhalisinin şəxsi təsərrüfatlarına, bostan və əkin sahələrinə  ciddi ziyan dəyib.

Güclü külək Uzuntala kəndində də bir sıra fəsadlar törədib. Bir fərdi yaşayış evinin və ondan çox yardımçı tikilinin dam örtüyünü külək aparıb, kəndin bəzi ərazilərində ağaclar yıxılıb, şəxsi təsarrüfatlara ziyan dəyib.

"Leysan və külək evlərlə bərabər orta məktəbə də zərər vurub".

Güclü külək nəticəsində Kortala və Meşəşanbul kəndlərinin rabitə sisteminə ciddi ziyan dəyib.

Hazırda müvafiq qurumlar kəndlərə dəymiş ziyanın aradan qaldırlması istiqamətində işləri davam etdirir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Təbiət bölgələri incitməkdə davam edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ