Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2023 16:05
"Əlim göydədir ki, oğlum Rəşad tez evlənsin. Kaş "doğurçu" sevgidən oxuyaydı. 31 yaşı var, amma hələ də evlənmək istəmir. Deyir, qismət. Onu bu il özüm zorla da olsa evləndirəcəyəm".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri əməkdar artist Könül Kərimova qonaq olduğu "El canlı" axşam şousunda deyib.
Verilişdə anası ilə birgə qonaq olan Rəşad bildirib ki, valideyni tez-tez ona evlənmək üçün qızların şəkillərini göndərir:
"Anam qız axtarışındadır. Mənim isə bundan xəbərim yoxdur. İki gündən bir mənə qızların şəkillərini göndərir. Evlənmək üçün qız seçimində anam məndən betərdir. Hər qızı bəyənmir".
Qeyd edək ki, K.Kərimovanın oğlu Rəşaddan savayı Ləman adında qızı da var. Ləman 5 il əvvəl Orxan adlı şəxslə ailə qurub.
Sənətçinin qızı evləndikdən sonra Ağcəbədiyə köçüb.