Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan üçün YENİ SIĞORTA - DƏFN SIĞORTASI gəlir... - VİDEO

Azərbaycan üçün YENİ SIĞORTA - DƏFN SIĞORTASI gəlir... - VİDEO

Tarix: 19 Iyul 2023 16:38

İnkişaf etmiş ölklərdə şəxs vəfat etdikdən sonra dəfn xərcləri qarşılanır.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, sığorta şirkəti şəxsin ailəsinə dəfn üçün yaranan xərclərin kompensasiyası üçün 5-25 min dollar və ya avro arasasında məbləğ ödəyir.

İnkişaf etmiş bir çox Avropa ölkələrində və Amerikada sığorta şirkətləri insanlara ''Dəfn'' sığortası adlı sığorta məhsulu təqdim edirlər.

"Könüllü olan bu paketi istənilən şəxs ala bilir".

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, bu sığorta növü günü-gündən populyarlaşır.

Yəni insanlar cuzi məbləğ ödəməklə ölümlərindən sonra yaranacaq xərclərin qarşılanması üçün sığortalanırlar. Ekspert bunun həyat sığortasından fərqli anlayış olduğunu bildirir.

Ekspert deyir ki, hələlik yerli sığorta şirkətləri Azərbaycanda belə bir paket təqdim etmirlər.

"Ancaq bəzi sığorta şirkətlərinin bu məhsulun üzərində iş apardıqları bildirilib."

Bu sığorta məhsulu üçün Azərbaycanda sığortalıya ödəniləcək məbləğ 5-15 min manat arasında ola bilər. Bundan başqa, qarşılıqlı razılaşma əsasında artıq sığorta haqqı ödəməklə təminat məbləğini artırmaq da mümkündür.

Qeyd edək ki, Avropa və Amerikada bu sığorta məhsulunu alan zaman hansısa həkim müayinəsi tələb olunmur. Bu sığorta paketi sığortalının 100 yaşına qədər olan dövrü əhatə edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Azərbaycan üçün YENİ SIĞORTA DƏFN SIĞORTASI gəlir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ