Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2023 18:20
Xəbər verdiyimiz kimi Türkiyədə yaşayan müğənni Bəturə Hüseynova keçmiş duet ortağı Sahib İbrahimovu sərt tənqid edib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, onlar arasındakı qalmaqal "Sənin xətrinə" mahnısı üstündə yaranıb. Bəturə Sahibi mahnını başqa müğənnilərlə və tək halda oxumaqda ittiham edərək, onun haqqında xoş olmayan ifadələr işlədib.
Lent.az-a məsələ ilə bağlı açıqlama verən Sahib İbrahimov Bəturənin düz danışmadığını söyləyib:
"Bu mahnını mən yazdırmışam, pulunu mən ödəmişəm. Amma söz vermişəm ki, daha oxumayacağam. Xalq bu gözəl əsəri sevirsə, fanoqram oxudursa mən nə edə bilərəm? Biz bir dəfə Bəturə ilə Zaur Kamalın verilişinə çıxdıq, o bu mahnını tək oxudu, mən imtina etdim. Bu yaxınlarda Zaurun efirində onun israrı ilə bir bənd məcbur oxumuşam, Şəbnəm də akapella kimi müşaiyət edib. O ki, qaldı mənim digər duet ortağımla aramın dəyməsinə. Söhbət Əməkdar artist, gözəl müğənnimiz Almaz Orucovadan gedir. Almaz xanımla biz dostuq, bu günkü gündə də birlikdə el şənliklərinə gedirik. Necə yəni aramız dəyib? Hər şeyi görən Allah var. O həqiqəti bilir. Bəturə nə danışır danışsın".