Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin Aya göndərəcəyi kosmik gəminin dizyanı tamamlandı

Türkiyənin Aya göndərəcəyi kosmik gəminin dizyanı tamamlandı

Tarix: 20 Iyul 2023 14:14

Türkiyənin Kosmik Texnologiyalar Araşdırma İnstitutu (TÜBİTAK UZAY) tərəfindən hazırlanan Aya göndəriləcək kosmik gəminin dizyanı tamamlanıb.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Kosmik Agentliyinin (TUA) rəhbəri Serdar Hüseyn Yıldırım açıqlama verib.

"Əsas məqsədimiz Aya eniş etdikdən sonra oraya rover yerləşdirərək elmi məlumatları toplamaq, ölkəmizə və elmi ictimaiyyətimizə təqdim etməkdir", - deyə o əlavə edib.

Qeyd edək ki, F-16 pilotu Alper Gezeravcı və Roketsan mühəndisi Tuva Cihangir Atasever Türkiyənin ilk kosmos səyahətçiləri olacaq.

Kosmik səyahətçilər kosmos missiyasından əvvəl ABŞ-da təlim keçirlər. Təlim çərçivəsində onlar kosmik stansiyada həyati fəaliyyətlərini həyata keçirmək üçün praktiki və nəzəri dərslər alırlar. Məlumat üçün bildirək ki, kosmonavtlar Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və prosesdə 13 fərqli təcrübə aparacaqlar.

Milli.Az


Etiketlər:  Türkiyənin Aya göndərəcəyi kosmik gəminin dizyanı tamamlandı


RƏYLƏR