Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahnaz Haşımovanın son vəziyyəti açıqlanıb

Şahnaz Haşımovanın son vəziyyəti açıqlanıb

Tarix: 21 Iyul 2023 14:48

"Xalq artisti Şahnaz Haşımovanın səhhəti yaxşılaşır".

Bunu APA-ya açıqlamasında sənətçinin nəvəsi Eldar Abdullayev deyib.

O, Xalq artistinin bir müddət xəstəxanada müalicə alacağını qeyd edib: "Bir həftə, on gün xəstəxanada qalacaq, yəni müalicəsini burada davam etdirməsi daha effektivdir. Gəncədən gətirildikdən sonra burada da bütün növ yoxlamalardan yenidən keçdi. Ümumi diaqnoz yüksək şəkər və beyin qan dövranının pozulmasıdır", - o əlavə edib.

Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova səhhətində yaranan problemlə əlaqədar Gəncə Şəhər Xəstəxanasına yerləşdirilmişdi. O, dünən Gəncədə müalicə aldığı xəstəxanadan Bakıya - Mərkəzi Gömrük Hospitalına gətirilib.


Etiketlər:  Şahnaz Haşımovanın vəziyyəti açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ