Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Ermənistanda müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır

İlham Əliyev: Ermənistanda müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır

Tarix: 21 Iyul 2023 16:21

Bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

O zaman Ermənistanın Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb: "Biz unutmamalıyıq ki, hətta İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistanın, cəmiyyətin və hətta hökumətin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır".


Etiketlər:  İlham Əliyev Ermənistanda müəyyən insanlar hələ revanşist ideyalarla yaşayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ