Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Maşında burnunu öpməyə məcbur etdi" - Şarliz Teron

Tarix: 22 Iyul 2023 01:02

Hollivudun ən gözəl aktrislarından biri Şarliz Teron çox maraqlı açıqlama verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, aktrisa son müsahibəsində 20 yaşında başına gələn və ömür boyu unuda bilməyəcəyi sevgi macərasından danışıb.

"20 yaşımda çox bəyəndiyim bir kişi ilə görüşə çıxdım. Restoranda şam etdik. Sonra məni evimizə qədər ötürdü. Qapımızın önündə maşında məni öpdü. Mən də onu öpdüm. Və məndən burnunu öpməyimi istədi. Heyrətə düşdüm.

Bu günə qədər kiminsə burnunun öpülməyindən xoşlandığını eşitməmişdim. Amma onu çox bəyəndiyimdən xətrinə dəyməmək üçün burnundan öpdüm. O isə hirsləndi. Belə öpmə, dodaqdan öpürmüş kimi burnumu möhkəm öp və yala dedi.

Burnunu yalamağa məcbur etdi. O an hər şey bitdi və biz bir daha görüşmədik. Lakin 20 ildən artıq vaxt keçsə də, bunu unutmadım və yəqin heç vaxt unutmayacağam", - aktrisa bildirib.

Milli.Az


Etiketlər:  Maşında burnunu öpməyə məcbur etdi Şarliz Teron


RƏYLƏR