Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2023 08:08
Rusiya Prezidenti Vladimir Putinin sovet diktatoru İosif Stalinlə bağlı bəyanatlarından sonra rus səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşa Baş naziri Mateuş Moravetski bildirib.
"Tarixi həqiqət şübhəyə yer qoymur. Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq", - baş nazir vurğulayıb.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Polşanın Stalinin mövqeyi sayəsində çoxlu torpaqlar əldə etdiyini bildirib.