Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən zəngin adamları siyahısına kim başçılıq edir? - SİYAHI

Dünyanın ən zəngin adamları siyahısına kim başçılıq edir? - SİYAHI

Tarix: 24 Iyul 2023 22:54

"Tesla"nın qurucusu və "Twitter"in sahibi İlon Mask "Forbes" jurnalının dünyanın ən varlı adamları reytinqində birinci yerə yüksəlib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə məlumat nəşrin saytında yerləşdirilib.

Maskın sərvəti 4,2 milyard ABŞ dolları artıb və hazırda 240,7 milyard ABŞ dolları qiymətləndirilir.

"Louis Vuitton Moet Hennessy" şirkətlər qrupunun prezidenti Bernard Arnault ikinci yerdə qərarlaşıb, onun sərvəti 234,6 milyard ABŞ dollarıdır.

İlk beşlikdə "Amazon" korporasiyasının qurucusu Ceff Bezos, "Oracle" korporasiyasının təsisçilərindən biri, amerikalı Larri Ellison, "Microsoft"un qurucusu Bill Qeytsin adları var .

"Meta" korporasiyasının rəhbəri Mark Zukerberq siyahıda səkkizinci yerdədir.


Etiketlər:  Dünyanın zəngin adamları siyahısına başçılıq edir SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ