Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan mahnısına klip çəkdirən Dinçözə Büləntdən bahalı hədiyyə - FOTO

Azərbaycan mahnısına klip çəkdirən Dinçözə Büləntdən bahalı hədiyyə - FOTO

Tarix: 26 Iyul 2023 14:50

Türkiyəli müğənni Petek Dinçöz məşhur Azərbaycan mahnısı "Yandırdı qəlbimi"ni oxuyub.

Sənətçinin meneceri Muharrem Yıldırım axşam.az-a açıqlamasında bildirib ki, ifaçı mahnıya klip çəkdirmək üçün obyektiv qarşısına keçib. Dayanmadan yaradıcılığında yeniliklər edən Dinçöz ekran işi üçün xüsusi hazırlıq görüb.

Bu ərəfədə isə Bülənt Ersoy sənətçiyə bahalı hədiyyə yollayıb. Belə ki, Bülənt klipdə geyinməsi üçün Dinçözə İngiltərədən 15 min funt-sterlinq (31 700 manat) dəyəri olan corab alıb. O, eyni zamanda özəl hazırlatdırdığı milyonluq "Harem" aksessuar kolleksiyasını da klipdə istifadə etməsi üçün Petekə yollayıb. 

Qeyd edək ki, bəstənin müəllifi Novruz Feyzullayevdir.


Etiketlər:  Azərbaycan mahnısına klip çəkdirən Dinçözə Büləntdən bahalı hədiyyə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ