Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tonlarla pomidor sahələrdə çürüyür... - Kiloqramını 10 qəpiyə alan yoxdur... - VİDEO

Tonlarla pomidor sahələrdə çürüyür... - Kiloqramını 10 qəpiyə alan yoxdur... - VİDEO

Tarix: 26 Iyul 2023 23:22

Tonlarla pomidor sahələrdə qalıb çürüyür.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bura Masallı rayonunun Sərçuvar və Viləş kəndləridir.  Fermerlər sahələrdən yaxşı, bol məhsul əldə ediblər. Amma gəl ki, məhsulun satışı zəifdir. Alıcı olmadığından pomidorlar sahələrdə qalıb.

"Hazırda  pomidorun 30 kq-lıq yeşiyi 3 manata satılır. Yəni pomidorun 1 kiloqramı 10 qəpiyə təklif  edilir."

Sakinlər bildirir ki, havaların qeyri-sabit keçdiyi vaxtlarda yağıntının çox olması da pomidora xeyli ziyan vurub.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, problemin yaranmasına əsas səbəb rayon ərazisində saxlama kameralarının, eləcə də kombinatın olmamasıdır.

Qeyd edilir  ki, rayonda 2023-cü ildə 535 hektar ərazidə  pomidor əkilib. Bu da keçən ilə nisbətən 10,5 hektar çoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Tonlarla pomidor sahələrdə çürüyür Kiloqramını 10 qəpiyə alan yoxdur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ