Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Allah hər kəsə can sağlığı, uğur, pul versin ki, bizi unutsunlar" - VİDEO

Tarix: 27 Iyul 2023 18:35

Beş il əvvəl Əməkdar artist Aygün Bəylərin "Səhər-səhər" verilişində söylədiyi "Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur... Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyəyə qaldırmağa ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən" səsləndirdiyi qalmaqallı fikirlərə Xalq artisti Röya Ayxandan cavab gəlib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində məhkəməyə qədər uzanan məsələ ilə bağlı açıqlama verib. 

Röya bildirib ki, təhqirlərə görə Bəyləri məhkəməyə versə də, lakin sonradan bu istəyindən vaz keçib: 

"Verilişlərin birində məni təhqir etmişdi (Aygün Bəylər - red.). Onu məhkəməyə verdim, amma sonra yadımdan çıxdı. Bir gün mənə xəbər gəldi ki, siz qarşı tərəfi Apellyasiya Məhkəməsinə verməlisiniz. Sual verdim ki, hansı məhkəmədən söhbət gedir? Kim? Cavab verdilər ki, filankəsi (Aygün Bəylər - red.).

Dedim ki, cırın, tullayın o ərizəni. Prodüserim Kənanın belə bu məhkəmə məsələsi yadından çıxmışdı. Vəkil zəng vurub, sizin işiniz gedir, deməli idi. Amma demədi. Çünki 15 il birlikdə çalışdığım vəkilim belə bu məsələyə fikir verməyib.

Bəlkə də vəkilim düşünüb ki, qarşı tərəf bizim onu məhkəməyə verdiyimizi bilsin və bizdən əl çəksin. Orada məni şəxsi və sənətlə çox pis təhqir etmişdi. O da olmaz idi".

Müğənni həmkarı ilə aralarında yaşadığı qalmaqallı məsələni bu cür nəql edib: 

"Məhkəməyə nəyə görə verdim... Çünki bir ay əvvəl bizim yaxın dostumuz var, hansı ki, bizi onunla yaxın edib. Onu həmin dostumuzun evinə dəvət etdim. Dedim, ona demə ki, mən burdayam, qoy gəlsin bura.

O, verilişdən əvvəl bir digər başqa verilişdə də haqqımda danışmışdı. Biz görüşdük. Sual verdim ki, bizim nə problemimiz var? Cavab verdi ki, toyların birində məni görmüsən, amma salam verməmisən. Qalxıb ayağa dedim ki, bu problem deyil. Əgər səni toyda görməmişəmsə, 30 dəfə üzr istəyirəm.

Amma bu məsələnin üstündən bir həftə keçdi, o xanım verilişə çıxıb haqqımda xoşagəlməz sözlər danışdı. Həmin o dost dediyim adamın evinə artıq getmirəm. Bu problem elə-belə küsmək deyil, qara nöqtədir. Bu qara nöqtə isə paxıllıqdır.

Allah hər kəsi o qara nöqtədən hifz etsin. Allah hər kəsə can sağlığı, uğur versin. Allah başlarını pul, iş və uğurla o qədər qatsın ki, bizi unutsunlar". 

Qeyd edək ki, Röya Ayxan illər əvvəl Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdi. Ərizədə A.Bəylərin "ARB" telekanalında Röya Ayxanla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat ödəməsini tələb etmişdi.

Milli.Az


Etiketlər:  Allah hər kəsə can sağlığı uğur pul versin ki bizi unutsunlar VİDEO


RƏYLƏR