Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Nəticədən narazı, oyundan isə razı qaldım”

“Nəticədən narazı, oyundan isə razı qaldım”

Tarix: 28 Iyul 2023 08:20

"Nəticəyə görə narazıyam. Amma oyundan razı qaldım".

Milli.Az "report"a istinadən bildirir ki, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu Bosniya və Herseqovinada "Jelezniçar"la 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis rəqibin gücünə bələd olduqlarını bildirib: "Jelezniçar"ın oyununu yaxşı təhlil etmişdik. Güclü komanda olduğunu bilirdik. Rəqib bu gün çox yaxşı müdafiə olundu".

Mutu stadiondakı atmosferdən də söz açıb: "Abu-hava fenomenal idi. Uduzmadığımız üçün xoşbəxtəm. Ümid edirəm ki, bizim azarkeşlərimiz də cavab matçında eyni atmosferi yaradacaqlar".

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Nəticədən narazı oyundan isə razı qaldım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ