Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2023 15:48
Nigerin prezident qvardiyasının rəhbəri ölkədəki çevrilişdən sonra keçid hökumətinin başçısı olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, Nigerin prezident qvardiyasının rəhbəri Abdurahman Çiani demokratik yolla seçilmiş Məhəmməd Bazumun hakimiyyətini devirdikdən sonra Qərbi Afrika ölkəsinin keçid hökumətinin başçısı olub.
2015-ci ildə elit hərbi bölməyə rəhbərlik etmək üçün hərbi xidmətə çağırılan 62 yaşlı general Nigerin qərbindəki Tillaberi bölgəsindəndir. O, 2021-ci ilə qədər ölkəyə rəhbərlik etmiş keçmiş prezident Mahamadou İssoufunun yaxın müttəfiqidir.
General Çiani 2021-ci ilin martında, yeni seçilən Bazumun andiçməsinə bir neçə gün qalmış prezident sarayını ələ keçirməyə cəhd edən bir hərbi birləşmənin çevriliş cəhdinə qarşı müqavimətə rəhbərlik edib.