Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ekstrasens "sevgi sehri edəcəyəm" dedi: 4 milyonunu mənimsədi

Ekstrasens

Tarix: 28 Iyul 2023 19:28

32 yaşlı ektrasens böyük miqyasda dələduzluq etdiyi üçün həbs edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Novosibirsk vilayətində baş verib. 

Mənbənin məlumatına görə, 1 il müddətində özünü ekstrasens kimi təqdim edən müttəhim zərərçəkənə sevgi sehri edəcəyini vəd edib. O, qadını inandırıb ki, ayinləri yerinə yetirmək üçün pul lazımdır, hər dəfə məbləği artırıb. Nəticədə dələduz zərərçəkmişin dörd milyon rubldan çox (44 min dollardan çox) pulunu alıb. 

Dələduzluqda ittiham olunan şəxs saxlanılıb. 

Milli.Az


Etiketlər:  Ekstrasens sevgi sehri edəcəyəm dedi 4 milyonunu mənimsədi


RƏYLƏR