Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2023 12:36
Bu mövsüm avrokuboklardan kənarlaşdırılan İtaliya "Yuventus"u UEFA-nın qərarına etiraz etməyəcək.
Sonxeber.net report-a istinadən xəbər verir ki, cəzaya baxmayaraq, Turin təmsilçisi İdman Arbitraj Məhkəməsinə müraciət ünvanlamayacaq.
"Yeni mövsümdə idman məhkəmələrində yox, meydanlarda mübarizə aparacağıq. İndi diqqəti A Seriyasına və İtaliya Kubokuna yönəltməyin vaxtıdır. Bu iki yarışda azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik", - klubun yaydığı açıqlamada bildirilib.
Qeyd edək ki, "Yuventus" maliyyə feyr-pley qaydalarını pozduğu üçün 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququndan məhrum edilib.