Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona” yoldaşlıq görüşündə “Real Madrid”i darmadağın etdi

“Barselona” yoldaşlıq görüşündə “Real Madrid”i darmadağın etdi

Tarix: 30 Iyul 2023 10:24

ABŞ-nin Texas ştatının Arlinqton şəhərində keçirilən "Barselona" - "Real Madrid" yoldaşlıq oyununda katalonlular rəqibini darmadağın ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, matç "Ey-Ti-end-Ti Stedium"da baş tutub.

"Barselona"nın heyətində Usman Dembele (15-ci dəqiqədə), Fermin Lopes Martin (85) və Ferran Torres (90+1) hərəyə bir qolla fərqləniblər. 20-ci dəqiqədə Vinisius Junior "Barselona"nın qapısına təyin edilmiş penaltini qola çevirə bilməyib.

Qeyd edək ki, daha öncə "Barselona" "Vissel Kobe"ni (2:0) udmuş, "Arsenal"a isə uduzmuşdu (3:5). "Real Madrid" isə öz növbəsində bundan əvvəl "Milan"ı (3:2) və "Mançester Yunayted"i (2:0) yenmişdi.

Növbəti oyunda "Barselona" "Milan"la, "Real" isə "Yuventus"la qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq avqustun 2-də və 3-də keçiriləcək.

Xatırladaq ki, ötən mövsüm "Barselona" İspaniya çempionu olub, "Real Madrid" isə ikinci olub.

Milli.Az


Etiketlər:  Barselona yoldaşlıq görüşündə Real Madridi darmadağın etdi


RƏYLƏR