Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2023 17:10
Ukrayna İkinci Dünya Müharibəsi Tarixi Muzeyi Kiyevin rəmzi hesab olunan "Ana Vətən" abidəsinin adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə muzeyin direktoru Yuri Savçuk məlumat verib.
"Muzeyimizin elmi şurasının iclası oldu və orada mühüm qərarlar qəbul edildi. Onlardan biri də "Ana Vətən" abidəsinin adının "Ana Ukrayna" adı ilə dəyişdirilməsi barədə qərar oldu.
Muzeyin direktoru abidənin adının dəyişdirilməsi ilə bağlı yekun qərarın Ukraynanın Müstəqillik Gününə qədər (24 avqust - red) veriləcəyinə ümid etdiyini vurğulayıb.
"Dəyişikliklə bağlı Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin müvafiq inzibati akt olmalıdır" - Yuri Savçuk vurğulayıb.